MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  ABORT  

YazılarHamiləlikHamiləliyin problemləri

Abort hamiləliyin süni surətdə pozulmasıdır.
Qanuna görə 12 həftə tamam olmayıbsa, hər bir qadın hamiləliyini poza bilər. Ancaq hamiləliyin pozulması üçün ciddi səbəb olmalıdır. 
Uşağın inkişafdan qaldığı, döldə çatışmazlıq olduğu halda həkimlər abortu məsləhət görürlər. Təəssüf ki, çox vaxt analar sadəcə övlad istəmədikləri, və ya qız övladını istəmədikləri üçün aborta üstünlük verirlər. Bununla da hələ dünyaya gəlməmiş balanın yaşamaq hüququnu əlindən alırlar. Ona görə də abort mübahisə mövzusu olaraq qalır. Bəzi ölkələrdə abort qadağan olunub. Bəziləri hesab edir ki, insan yalnız doğulandan sonra hüquqa malik olur, ona görə də doğulmamış insanın haqqından danışmaq olmaz. Ancaq abortu əks etdirən şəkillər, ölmüş, parçalanmış çağaların videolentlərini görənlər yəqin ki, abortun qəti əleyhinə olarlar. Son illər lentə alınmış bir neçə filmdə abort zamanı uşağın çıxardığı səslər eşidilir. Bu tükürpədici səs yaşamaq haqqının pozulmasına etiraz deyilmi?!

Məlumat üçün:
Abort xüsusi klinikada, həkimin xüsusi nəzarəti altında həyata keçirilməlidir. Abortdan əvvəl qadın mütləq analizlərdən keçməlidir. Bəzi xəstəliklərin mövcudluğu zamanı aborta icazə verilmir. 
Hamiləliyin müddətindən asılı olaraq, bir neçə abort üsulu var.
 

Həblər vasitəsilə abort
Hamiləliyin erkən vaxtlarında, yəni hamiləliyin 5-8-ci həftələrində abort üçün xüsusi həblərdən istifadə olunur. Qadına, onun razılığı təsdiqlənəndən sonra xüsusi həb verilir. Ancaq həb veriləndən sonrakı 1-2 saat ərzində qadına nəzarət olmalıdır. Hamilə qusmağa başlasa, başqa üsula (mini aborta) əl atırlar. Sonrakı 4-8 saat ərzində abort baş verir. 36-48 saat ərzində qarnın aşağı hissəsində ağrı başlayır, “aşağıda” qanlı ifrazat olur.  Bir-iki həftədən sonra qadın yenidən müayinədən keçməli, uşaqlıqda qalıq olub-olmadığı müəyyənləşdirilməlidir. 
Həblər vasitəsilə baortun başqa üsullardan bir neçə fərqi var:
  • Həblər vasitəsilə abort zamanı cərrahın müdaxiləsinə və anesteziyaya ehtiyac olmur
  • Infeksiyanın yaranması təhlükəsi azalır
  • Qadınlar həbləri daha asan və problemsiz qəbul edirlər
  Həblər vasitəsilə abortun mənfi cəhətləri:
  • Abort baş verməyə, hamiləlik davam edə bilər
  • Abort tam olmaya, qalıq qala bilər
  • Uşaqlıqda qanaxma ola bilər

 Mini abort
 Mini abortdan hamiləliyin ən erkən dövründə--5-ci həftəyə qədərki dövrdə istifadə edirlər. Mini abort döllük yumurtanın xüsusi aparat vasitəsilə sorulmasıdır. Amma bu üsuldan da istifadə edərkən, əvvəlcə qadında infeksiyon və ya ginekoloji xəstəliyinin olub-olmadığı müəyyənləşdirilməlidir. Mini abort ultrasəs müayinəsi aparılaraq həyata keçirilir, çünki həkim döllük yumurtanın yerini müəyyən etməli olur. Mini abort zamanı yerli və ya ümumi narkozdan istifadə edirlər. Ona görə də mini abortdan sonra qadın bir neçə saat sakit şəraitdə saxlanmalıdır. Qarının aşağı hissəsində ağrı olarsa, qanaxma baş verərsə, həkimə müraciət etmək lazımdır, çünki bu, uşaqlıqda qalıq olduğunu göstərir. Heç nə baş verməsə belə, mini abortdan 2 həftə sonra yenə müayinədən keçmək lazımdır.
 

Tibbi abort
Abortdan adətən, hamiləliyin 5-ci həftəsindən 12-ci həftəsinə qədərki dövrdə istifadə olunur (hamiləliyin 12-ci həftəsindən sonra abort olmaz!) Abort xüsusi cərrahın iştirakı ilə həyata keçirilən çətin əməliyyatdır. Əvvəl qadında hansısa infeksiyanın olub-olmadığı müəyyən edilir. Sonra ümumi narkoz altında əməliyyat aparılır. Əməliyyatdan sonra ultrasəs müayinəsi vasitəsilə uşaqlıqda qalığın olub-olmadığını müəyyən edirlər (qalıq fəsadlara səbəb ola bilər). Qadın 3-4 saat sakit şəraitdə yatmalıdır. Qanaxmanın qarşısını almaq üçün onun qarnına buz qoyurlar. 
Abortun mənfi cəhətləri:
  • əməliyyat qadının uşaqlığına zərbə vurur, nəticədə uşaqlığın dölü daşımaq qabiliyyəti azala, itə bilər.
  • ultrasəs müayinəsi olmasa, uşaqlığın divarları zədələnir.
  • əməliyyat ümumi narkoz altında aparılır.
  • qadının bütün orqanları gərginliyə məruz qalır.
  • abort fəsadlara, məsələn sonsuzluğa səbəb ola bilər.

Unitmayın ki, hamiləliyin qarşısını əvvəlcədən almaq mümkündür! Mümkün üsullardan istifadə etsəniz, sizə hamıdan yaxın olan varlığı məhv etməyə ehtiyac qalmaz!


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan