MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  MƏDƏ QICQIRMASI  

YazılarHamiləlikHamiləliyin problemləri

Mədə qıcqırması çoxlarına, eləcə də hamilələrə yaxşı tanışdır. “Mədəm yanır” ifadəsini yəqin çox eşitmisiniz. Sinəni yandıran ağrı, ağızda turşuluq mədə qıcqırmasının əlamətidir. Mədə qıcqırmasına səbəb, mədədə turşuluğun atmasıdır. Hamilələrin çoxu vaxtaşırı, bəzən hamiləliyin əvvəlindən sonuna qədər mədə qıcqırmasından əziyyət çəkir, hərçənd bəziləri qıcqırmanın nə olduğunu bilmirlər. 
Hamilələrdə mədə qıcqırmasına səbəb həm hormonal dəyişiklik, həm də böyüyən uşaqlıqdır. Hamiləlik zamanı orqanizmdə baş verən dəyişikliklər nəticəsində mədədə lazım olduğundan çox turşu ifraz olunur. Həm də bütün orqanizmdə olduğu kimi mədədə də əzələ zəifləyir. Üstəlik böyüməkdə olan uşaqlıq mədəni sıxır, nəticədə turşuluq artır. 
Mədə qıcqırmasının qarşısını almaq üçün əvvəla, az-az, amma tez-tez yemək lazımdır. Həm də yediyiniz nə çox soyuq, nə də çox isti olmalıdır.
Ancaq yeməyin tək miqdarı deyil, tərkibi də vacibdir. Mədə qıcqırmasından əziyyət çəkirsinizsə, buna səbəb ola biləcək bütün yeməklərdən imtina etməlisiniz. Qızartma, hisə verilmiş, konservləşdirilmiş qida məhsulları, acı yeməklər, çay, kofe, turş meyvələr, o cümlədən sitrus bitkiləri mədədə turşuluğun artmasına səbəb olur. 
Yeməyi yeyəndə çoxlu-çoxlu çeynəyin. Belə yeməyi həzm etmək üçün mədə daha az şirə ifraz edir, nəticədə turşuluq azalır.
Mədə qıcqırmasından əziyyət çəkirsinizsə, yemək yeyərkən su, eləcə də mineral su içməyin. Su çox olanda mədə daha çox turşu ifraz edir.
Süd qıcqırmaya qarşı yaxşıdır. Amma südü soyuq halda içmək olmaz, bu əksinə, qıcqırmanı artırar.  
Yeməkdən sonra qəfil hərəkətlər etməyin. 
Yeməkdən sonra uzanmayın. Yatana yaxın yemək yeməyin. 
Uzananda başınızın altına bir neçə yastıq qoyun ki, başınız bir az dik dursun. 
Uşaqlıq mədəni sıxır, siz də sıxmayın. Geniş paltar geyinsəniz, kəmərlərdən istifadə etməsəniz, mədənin işini yüngülləşdirmiş olarsınız.
Mədə qıcqırmasına qarşı köhnə üsullardan istifadə etmək olar. Analarımız tum çırtlamağı, qoz ləpəsi yeməyi məsləhət görür. Bəziləri ağız seliyini udmağın faydalı olduğunu deyirlər (selik az olanda ağızda limon dilimi saxlamaq olar). Bunların köməyi olmursa, həkimə müraciət edin, həkim məsləhəti olmadan dərman içməyin! 
Mədə qıcqırmasıyla eyni vaxtda ürəyiniz bulanırsa, qusmağınız gəlirsə, mütləq həkimə müraciət etməlisiniz.

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan