Hamiləliyin 13-cü həftəsi qadınlar yeni “sürprizlə” üzləşə bilər. Qəbizlik!Qəbizliyə səbəb, harmonal dəyişiklik, bəzən də hərəkətsizlikdir. Digər tərəfdən böyüməkdə olan uşaqlıq bağırsaqların yerini daraldır. Qəbizliklə vaxtında mübarizə aparmaq lazımdır, yoxsa qadında babasil əmələ gələ bilər.
Nəzərə alın ki, gündə azı bir dəfə “bayıra çıxamlısınız”. Ardıcıllıq pozulubsa, qəbizlik ehtimalı var! Meyvə-tərəvəz yeyin!
Qəbizlik problemi artıq yaranıbsa, daha ciddi mübarizə üsullarından istifadə etmək lazımdır.
Qəbizliyin qarşısını almaq üçün bəzən yumşaldıcı dərmanlardan, ya da imalədən istifadə edirlər. Amma bunlar heç də həmişə xeyir vermir, çünki qadının bütün orqanizminə, eləcə də uşaqlığa təsir edir.
Qəbizliklə mübarizənin ən yaxşı yolu düzgün qidalanmaqdır. Sellülozla zəngin meyvə-tərəvəz yeyin. (Düzdür, bəzi bitkilər, məsələn, kələm qaz əmələ gətirir. Bu baş veribsə, çobanyastığı çayı için. ) Yüngül bulyonlar, meyvə-tərəvəz püresi, pomidor şirəsi, alma, sürtgəcdən keçirilmiş turp və suya qatılmış bir qaşıq bal qəbizliyə qarşı yaxşıdır.
İdman, xüsusilə də üzmək, gəzinti də qəbzliyin qarşısını alır. Bütün bunların xeyri olmasa, həkimə müraciət edin.
Qəbizlik uzun çəkirsə, babasilin yaranmasına səbəb olur. Bu halda pəhriz kifayət etmir, həkimin köməyinə ehtiyac yaranır.
İndi sizdə qəbizlik, babasil problemi olmasa belə, yeməyinizə fikir verin. Düzgün qidalansanız, siz qəbizliyin qarşısını əvvəlcədən almış olarsınız. Bu isə həm sizin, həm də balanızın sağlamlığı üçün vacibdir.