MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏLİK VƏ PƏHRİZ  

YazılarHamiləlikHamilənin menyusu

   Hamillik zamanı arıqlamaq məqsədiylə pəhriz saxlamaq olmaz! Axı balanızın düzgün qidalanması üçün siz də düzgün qidalanmalı, dölü daşımaq üçün çəkinizi artırmalısınız.
   II Dünya müharibəsi zamanı Leninqrad mühasirədə qaldığından, hamilə qadınlar aclıqla üzləşdiyindən uşaqlar yarımçıq doğulur, çəkiləri həddən artıq aşağı olur, yeni doğulanların çoxu vəfat edirdi. Odur ki, qidalanmanıza nəzarət edin.
   Hamiləlik zamanı qadınların çəkisi adətən, 12-16kq artır. İlk 20 həftədə çəkiniz azı 4,5 kq artmalıdır. Sonrakı dövrdə həftədə 450 qram artacaqsınız. Hamilə qadının çəkisinin artması uşağın inkişafının göstəricisidir.
  Amma bu o demək deyil ki, siz nə gəldi yeyə bilərsiniz. Hamiləlik dövründə həm də ağılla yemək lazımdır. Elə qida məhsulları var ki, hamiləyə vacibdir, elələri var ki, qadağandır. 

Qadağandır... 
Hamiləsinizsə, körpənizin sağlamlığı naminə bəzi şeylərdən imtina etməlisiniz!
Kofeçaxır qan təzyiqini artırır. Bu isə hamilələr üşün arzuolunmazdır.
Pivəşoraba böyrəyin yükünü artırır. Nəzərə alın ki, hamilə olduğunuz üçün böyrəkləriniz normadan artıq fəaliyyət göstərir. onlara əlavə yük lazım deyil.
Alkoqol gələcək körpənin formalaşmaqda olan orqan və sistemlərinə mənfi təsir göstərər.
Qızartma, acı, hisə verilmişyağlı yeməklər isə qaraciyəri və öd kisəsini həddən artıq yükləyir. Onsuz da hamiləlik dövründə uşaqlıq böyüdüyündən bəzi orqanların yeri daralır, fəaliyyətində çətinlik yaranır. 
Allergiyali, ya da yaxınları allergiyalı olan qadınlara şokolad, sitrus bitkiləri, ekzotik meyvələr, dəniz məhsulları, qoz yemək məsləhət görülmür. Hər bir adamin müxtəlif şeylərə allergiyası ola bilər və hər bir qadın onda allergiyaya səbəb olan ərzaq məhsullarını tanıyır. Ola bilər ki, kimdəsə allergiyaya səbəb olan şokolad başqa birinə təsir etmir. Şokolada allergiyası olmayan adamın isə, məsələn, dəniz bitkilərinə allergiyası ola bilər. Hamilə qadın allergiyaya səbəb ola biləcək ərzaq məhsullarından çəkinməli, ya da onlarin istifadəsini minimuma endirməlidir.


Vacibdir…
Meyvə-tərəvəz: istənilən meyvə-tərəvəz (allergiyaya səbəb olanları çıxmaqla) hamilə qadına xeyirdir. Onları həm bişmiş, həm də çiy şəkildə yemək olar. Meyvə-tərəvəzi yeməkdən əvvəl yaxşıca yumalısınız.

Giləmeyvələr—qarağat, qaragilə, quşüzümü, itburnu həm C vitamini mənbəyi, həm də hamilə qadinin böyrəyinin əsil köməkçiləridir. Bunları dəmləmək, kompot, kisel hazırlamaq, şəkər tozuyla qarışdırıb yemək olar. 
Sıyıq gələcək ana üçün ideal səhər yeməyidir. Yarma, qarabaşaq, qarğıdalı və yulaf yarmasından hazırlanmış sıyıqlar çox xeyirlidir. Onların tərkibində vitaminlər, dəmir, karbohidratlar var. Belə yarmaları suda qaynadıb, süd və azacıq yağ əlavə etmək olar. Sıyığa şəkər tozu, quru meyvələr də atsanız iştahanız artar.
Süd məhsulları kalsium mənbəyidir. Demək olar ki, bütün süd məhsullarından—süd, qatıq, şor, pendir, kəsmik, yoqurtdan istifadə etmək məsləhətdir. 
Ət zulal, dəmir və B vitamininin əsas mənbəyidir. Təzə ət almaq məsləhətdir. Döndurulmuş ət bəzi kəyfiyyətlərini itirir. Amma konservləşdirilmiş ət məhsullarından, məsələn, kolbasa və sosiskadan imtina edin. Onlarin tərkibində hamiləyə lazım olmayan yağ və konservantlar var.
Balıq: D vitamini və fosforla zəngindir. Bu isə gələcək körpənizin sinir sisteminin formalaşması uçün vacibdir. Amma balığın yağsız növləri məsləhət görülür.

 


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan