MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  ATA OLMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ  

Maraqlıdır

Həyat tərzi, səhv qidalanma və həddindən artıq stress, hormon nizamını pozaraq, uşaq sahibi olmaq istəyən kişilərin şansını azaldır.

GEYİM TƏRZİNİZ NECƏ OLMALI?
Mütəxəssislər kişilərə xəbərdarlıq edir; dar şalvar geyməyin! Dar paltar (eləcə də alt paltarı) testisləri büzüşdürərək sperma yollarının tıxanmasına səbəb ola bilər. Rahat və geniş şalvarlar seçin.

DUŞ ALMAQ GÖZƏLDİR, AMMA...
Hər gün isti duş qəbul edən və uzun müddət saunada qalan kişilərdə sperma istehsalı azala bilər. Uzun müddət ayaqda dayanmaq, ağır şey qaldırmaq, testislərin həddən artıq istiyə məruz qalması, çox isti suyla duş qəbul etmək, tez-tez hamam və ya saunaya getmək kişi sonsuzluğunun səbəblərindən biri olan varikoseli artırır.

CİNSİ ƏLAQƏ İNTENSİVLİYİ NƏ QƏDƏR OLMALI?
Cinsi əlaqənin intensivliyini normal ya da anormal kimi təsnif etmək doğru deyil. Əhəmiyyətli olan əlaqə sayının az ya da çoxluğu deyil, kafiliyidir. Mütəxəssislər həftədə 3 dəfə əlaqəni ideal hesab edirlər. Seksə ara vermənin sperma keyfiyyətini yüksəltməsi barədə deyilənlər əsassızdır. Əksinə, mütəxəssislər uzun müddət gözlədilən spermaların keyfiyyətinin aşağı düşmə ehtimalının oldfuğunu deyirlər. 

SPERMA MİQDARI
Sperma miqdarı, kişilərdə məhsuldarlığın ən əhəmiyyətli göstəricilərindən biri olaraq qəbul edilmişdir. Uşaq sahibi olmaq istəyən və çətinliyi olan kişilərə ilk spermiogram testi tətbiq olunmaqdadır. Bu test spermalarla əlaqədar bütün detalların görülməsinə imkan yaradır. Test ancaq xəstəxana, ya da laborarotiya mühitində edilə bilər.

Amma indi kişilərin sperma vəziyyəti ilə əlaqədar ilk meyar olan sperma sayı və sperma sıxlığını evdə yoxlamaq imkanı verən testlər də mövcuddur.

YAŞ ƏHƏMİYYƏTLİDİR
Kişinin yaşı sperma keyfiyyəti baxımından daha əhəmiyyətlidir. Bir kişi 80 yaşa qədər uşaq sahibi ola bilər. Amma mütxəsislər 35 yaşını keçmiş kişinin, 25 yaşlı bir kişi ilə müqaysədə 50% az şanslı olduğunu bildirir. 

SİQARETİ BURAXIN, KAFEYNİ AZALDIN
Hamı bilir ki, siqaret çəkmək həm qadınlar, həm də kişilər üçün son dərəcə zərərlidir. Tütün kişilərdə sperma sıxlığını və sayını azaldır. Qadınlarda isə östrojenin sayını salaraq hamilə qalma müddətini uzadır. Siqaretin sperma sayını 17% qədər aşağı saldığını elm sübut edib. Siqaretdən başqa müntəzəm olaraq spirtli içki içmək işləri çətinləşdirir. Spirtin də anormal sperma istehsalına səbəb olduğu bəllidir.

Gündə 4 saatdan çox cib telefonu, ya da laptop istifadə edən kişilərin bədənindəki sperma hərəkətliliyi də 30% qədər azala bilir.

Siz oğul sahibisiz? Onda sünnət barədə məsləhətlər alın


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan