MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  Uşağın psixoloji-emosional inkişafı  

Maraqlıdır

Leyla Nəbiyeva

Ana, mənimlə danış!
Həyatının ilk dövrü körpənin emosional inkişaf mərhələsidir. Narazılığını bildirən - ağlamaqdan başlamış yaxınlarına olan sevgi hisslərinə qədər körpənin bütün emosional inkişafını nəzərdən keçirək və ona hansı münasibətin daha yaxşı olduğunu müəyyənləşdirək. Körpədə valideynlərin qarşılaşdığı ilk reaksiyalar qışqırıq və ağlamadır. Bu isə uşağın fizioloji tələbatından: ağrı, aclıq və narahatlıqdan irəli gəlir. Bu emosiyalar refleksdir və qoruyucu funksiyanı yerinə yetirir. İlk aylarda körpə dünya ilə mənfi emosiyalarla əlaqədə olur: qışqırıq, ağlama, hıçqırıq və s....
Vaxt keçdikcə emosiyalar böyüklərlə ünsiyyət vasitəsinə çevrilir: yeni doğulmuş körpə narahatlıqdan ağlayırsa, bir qədər böyük uşaq diqqəti cəlb etmək üçün ağlamağa başlayır.

Gülüş uşağın üzünə baxana və nəcib səsə olan ilk sosial reaksiyasıdır. 3-4 həftəlik körpədə bu emosiya yaranır. Əvvəl o, hər kəsin üzünə gülür, daha sonra ananın simasına bağlılıq yaranır və o, daha güclü reaksiyaya malik olur.

“Canlanma kompeksi” –uşağın böyüklərin yanında müsbət reaksiyasını mütəxəssislər belə adlandırırlar. Körpə özünü tam fərqli aparır – gülür, əl-ayaq hərəkətləri edir. “Canlanma kompeksi” 3-4 aylıq körpədə özünü büruzə verir. 4 ayında isə o, gülür və anasının səsini eşitdikdə belə sevinir. Tədricən uşaq müsbət və mənfi emosiyaları öyrənərək böyüklərin diqqətini cəlb etməyi öyrənir, tələbatları haqda məlumat verir, yəni ünsiyyətə başlayır.

Mən sizi sevirəm!
İkinci yarım ildə (6 ayından sonra) uşağın ətrafdakılara qarşı isti emosiya və hissləri formalaşır. Böyüklərin qayğı və incə hisslərinə cavab olaraq sevgi və simpatiya yaranır.
Yaxınlara bağlılıq. Bir qədər sonra isə tanışları və qeyrilərini ayırmağa başlayır.
Uşaq əzizlərini sevməyi öyrənir və bunun əsasında ümumilikdə sevgi hissləri formalaşır. Buna görə də yaxınların uşağa olan münasibəti onun gələcəkdə digərlərinə və özünə olan münasibətini formalaşdırır. Başqasının halına acıma emosiyası ikinci yarım ildə körpə üçün çox vacibdir. Belə ki, bu hissin formalaşması zamanı anasını ağlayan görən uşaq yəqin ki, özü də ağlamağa başlayacaq. Uşaq emosiyaları büruzə verdiyi kimi dəqiqiliyi ilə onu qəbul edir. Təbii ki, ilk olaraq ananın emosiyalarından söhbət gedir. Çünki körpə emosiya və hissləri keçirib dərk etməmişdən öncə o, göz kontaktı ilə anasının emosiyalarını özünə hopdurur. Bu isə səs, süd vermə ilə baş verir.

Emosiya palitrası
Təxminən 7-9 aylıq uşaqda emosiyalar müəyyənləşir və çətinləşir: vəziyyətdən asılı olaraq körpə kədərini, sevincini, qəzəb və s. büruzə verməyə başlayır. Emosiya inkişafını böyüklərlə ünsiyyətdən götürür, buna görə də valideynlər uşağa daha çox vaxt sərf etməlidirlər.
Bu dövrdə “sosial keçid” formalaşır: körpə ona tanış olmayan vəziyyətlərə düşən zaman anasının və ya digər yaxınların emosional reaksiyasını gözləyir. Məhz bu reaksiya uşağın özünü aparma istiqamətini də formalaşdırır. Məsələn: başqa uşaqla görüşən zaman o, ilk olaraq anasının üzünə baxır. Əgər ananın simasında qəzəb yoxdursa, əksinə gülüş və nəciblik varsa, körpə vəziyyəti təhlükəsiz kimi qiymətləndirir.

Özgələrdən qorxu.Bu, uşağın psixoloji və emosional inkişafında normal haldır

6-8 aydan 1 yaşa qədər körpələrdə özgələrdən qorxu hissi yaranır. Hətta nənə, baba da özgələr kimi qəbul oluna bilər (əgər onları gec-gec görürsə). Ana onlarla hər cür münasibətə xoş emosiya göstərsə də, qorxu istər-istəməz yaranır. Qoy yaxınlar inciməsin – bu uşağın psixoloji və emosional inkişafında normal mərhələdir. Düzgün münasibət zamanı həmin reaksiya 2 yaşa qədər tam yoxa çıxır.

Sevinc, təəccüb. Körpənin emosiyası tək böyüklərlə ünsiyyətdən yaranmır. Artıq 4 aydan sonra sevinc hissləri oyuncağa qarşı da yaranır. Bir qədər sonra isə uşağın öz hərəkətləri ona zövq verməyə başlayır. Tədricən təəccüb hissi də yaranır. Bu o, deməkdir ki, körpədə dərketmə ehtiyacı yaranıb, o artıq inkişaf edir.
Bir yaşlı körpə artıq gəzməyi öyrənir. Əşyalar və insanlarla ünsiyyət genişlənir. Beləliklə, 1 yaşda artıq körpənin “emosional həyatı” sona çatır və o, yeni mərhələyə başlayır. Digər mərhələlərin uğurlu keçməsi ilk və vacib mərhələ hesab olunan “emosional ünsiyyət”dən asılıdır


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan