MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  MƏRCAN  

KitabxanaNağıllar

  Qədim zamanlarda Pişik ev heyvanı deyildi. O, meşədə yaşayır, Dovşanla dostluq edirdi. Onlar həmişə bir yerdə gəzir, ovladıqlarını bir yerdə yeyib dolanırdılar. Lakin Dovşanla Mərcanın şad günləri uzun sürmədi.
   Bir dəfə necə oldusa, Dovşanın Bəbirlə mübahisəsi düşdü. Acıqlanmış Bəbir Dovşanı parçaladı. Mərcan yalqız qaldı. Təklikdən darıxan Mərcan Bəbirlə dostluq etməyə başladı. Ancaq Bəbirin də ömrü uzun sürmədi. O, da Pələngin qəzəbinə düçar oldu. İşi belə görən Mərcan Pələnglə oturub-durmağa başladı. Pələng gətirdiyi Ceyranın, Cüyrün ətindən Mərcana da verirdi. Mərcan həyatından razı idi. Amma bir dəfə iş elə gətirdi ki, bütün günlər Mərcanın gözündə qaraldı. Pələng Aslanla vuruşda uduzdu. Mərcan Pələng kimi arxasını itirdi.
   - Bəs, indi neyləsin? Tək tənha gəzib dolaşsın?
   - Yox, bununla razılaşmadı. Aslanla dostluq eləməyə başladı. Birlikdə yaşadılar.
   Günlərin bir günü Fillərə rast gəldilər. Fillərin böyüyü vurub Aslanı öldürdü. Mərcan öz-özünə fikirləşdi. Sakit, rahat yaşamaq üçün gərək Fil kimi dostun ola. Bütün heyvanlardan güclüdür. Ona heç kəsin gücü çatmaz. Mərcan o, gündən Fillə dostluq eləməyə başladı. Lakin onun dediyi kimi olmadı. Ovçu Fili ovladı, Mərcan bərk qorxdu.
   Belə də iş olar? Belə balaca boyun olsun, özün də vur-tut iki ayağın üstə durasan, amma bu böyüklükdə Fili öldürəsən? Yox, elə Fili öldürənlə dostluq etməliyəm.
   Mərcan ovçunun arxasınca düşüb evlərinə gəldi.

Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan