MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Adlar

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  PEYVƏNDLƏR  

Peyvəndlər

Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından onları qorumaq, erkən yaşlarında peyvənd aparmaq lazımdır. Bəzi uşaqlarda peyvəndə ciddi reaksiya olur, məsələn, uşağın qızdırması qalxa bilər, başgicəllənməsi, halsızlıq, iştahasızlıq müşahidə olunar. Amma uşağı heç bir halda peyvənddən yayındırmayın. Uşaqları vaxtında peyvənd etməklə biz onları difteriya, iflic, tetanus və s. kimi ciddi və ölümcül xəstəliklərdən qorumuş olarıq. Təcrübəli valideynlər bilir ki, uşağın ciddi xəstəliyyə yoluxmaması peyvəndin nəticəsidir.
Uşaqların hansı yaşda hansı xəstəliklərdən peyvənd olunması barədə sizə sahə həkimləriniz mütəmadi məlumat verməlidir. Amma bala.az “Ehtiyat igidin yaraşığıdır,” deyib, sizi əvvəlcədən peyvəndələrin siyahısı ilə tanış edir.

  • Uşaq anadan olandan sonrakı 2 saat muddetinde hepatit B  (sarılığa qarşı)
  • Dogulandan sonrakı 4-5 gun muddetinde BSJ-poliomielit (vərəmə  və iflicə qarşı)
  • 2 aylığında hepatit B, poliomielit, AKDS (göy öskürək, difteriya, tetanus)
  • 3 aylığında AKDS, poliomielit
  • 4 aylığında hepatit B, AKDS, poliomielit
  • 1 yaşın tamamında R-mantu (vərəmi yoxlamaq üçün sınaq) 
  • R-mantudan 3 gün sonra QMP  (qızılca, məxmərək,  qulaqdibi peyvəndi)
  • 1 yaş 8 aylıqda AKDS (AKDS-in revaksinasiyasi)
  • 6 yaşın tamamında R-ADS (difteriya, tetanus), R-QMP
  • 1 yaşdan 18 yaşa qədər hər ildə 1 dəfə R-mantu ( mantu sinağı)

Fövqəladə hallarda, yəni epidemiya olarsa, məsələn, qızılca və ya başqa bir xəstəlik epidemiya və ya pandemiya halını alarsa, yuxarıdakı siyahıdan əlavə yayılan xəstəliyə qarşı ölkədə tur şəklində peyvənd aparıla bilər. 

Bundan başqa müvəqqəti olaraq, bir ölkədən başqa ölkəyə köçürsünüzsə, gedəcəyiniz ölkədə geniş yayılmış xəstəliklərin siyahısı ilə tanış olub, həkimlə məsləhətləşə, uşağınıza həmin xəstəliklərə qarşı peyvənd vurdura bilərsiniz.

QEYD: Uşağın immunitet sistemi aşağıdırsa, bəzi xəstəliklər uşaqları təkrarən yaxalaya bilər

QEYD: Unutmayın ki, xəstə və ya allergiyaya meylli uşağa peyvənd vurmaq olmaz. Peyvənd aparılmazdan əvvəl uşaq ciddi yoxlanmalı, bədən temperaturu ölçülməli, həkim uşaq haqqında ətraflı məlumat almalıdır. Xəstələnmiş uşağa peyvənd vurmaq ciddi fəsadlara səbəb ola bilər!


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Hamilə qadınların küçədə görünməyinə necə baxırsınız?
Hər yerdə yox
Pis
Normal