MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Adlar

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  “BİZ KİMSƏSİZ UŞAQLARIN QAYĞISINA QALIR, ONLARIN İSTİ AİLƏ MÜHİTİNDƏ BÖYÜMƏLƏRİNİ TƏMİN EDİRİK”  

03.02.2010

2 Fevral tarixində - Media Mərkəzində "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası "Gələcək bizimdir" adlı tədbir keçirmişdir.

“Valideyn himayəsindən məhrum olmuş uşaqların irqindən, milliyyətindən və dinindən asılı olmayaraq qayğısına qalır, onların isti ailə mühitində böyümələrini təmin edirik. Bizim əsas məqsədimiz həmin uşaqları müstəqil həyata hazırlamaqdır.” deyə tədbirdə çıxış edən assosiasiyanın direktoru Gülarə Hümbətova bildirmişdir.

Tədbirdə SOS Uşaq Kəndlərinin "Gənclər evi"ndən, "Ailələrə dəstək" sosial layihəsindən və 257 nömrəli məktəbdə təhsil alan bir qrup gəncin "Gələcək bizik" şüarı altında çəkdikləri qısa videoçarxlardan danışılmışdır.

Mərasimdə gənclər tərəfindən çəkilmiş 4 qısa videoçarx nümayiş etdirilmiş, bu görüntülərdə gənclərin sosial problemləri və onun həlli yolları göstərilmişdir.
Sonda "Gələcək bizik" layihəsində fəal iştirak edən bir qrup fəal gəncə diplom və fəxri fərman təqdim edilmişdir.

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Hamilə qadınların küçədə görünməyinə necə baxırsınız?
Hər yerdə yox
Pis
Normal