Dövlət Film Fondunun nəzdində fəaliyyət göstərən Uşaq Kino Evində iki yeni animasiya filminin təqdimatının yanvarın sonunadək keçiriləcəyi elanı verilib. Amma bu cizgi filmlərindən birini artıq bizim saytda izləyə bilərsiniz. Təqdimat haqda məlumatı Film Fondunun direktoru, Cəmil Quliyev məlumat verib.
Onun sözlərinə görə, "Cizgi filmlər aləminə səyahət" adlı kinoklubda Elçin Hami Axundovun "Cavanşir" və "Qızıl" cizgi filmləri azyaşlı tamaşaçıların ixtiyarına veriləcək.
Tədbirdə animasiya filmlərinin rejissoru, "Azanfilm" Kinostudiyasının direktoru Elçin Hami Axundovla görüş keçirilməsi də nəzərdə tutulur.
Hərbi-vətənpərvərlik mövzusunda olan bu kinolentdə yeniyetmə bir oğlanın Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışılır. Cizgi filmi Azərbaycanda ilk dəfə olaraq kompüter vasitəsilə yaradılmışdır.
"Cavanşir" cizgi filminin təqdimatdan əvvəl tam variantını aşağıdan izləyə bilərsiniz.