10 aylıq körpənin çəkisi təxminən 10 kiloqram olmalıdır, amma 10 aylıq Gülsərənin ağırlığı 19 kiloqrama çatıb. Həkimlər onun çəkisinin təxminən 4 yaşlı uşağın çəkisinə bərabər olduğunu deyirlər.
Gülsərənə 5 yaşlı uşaq paltarları geyindirirlər. Körpə bezlərinin ən böyüklərini alırlar.
Gülsərən Türkiyənin Qaziantep şəhərində Şimşəklər ailəsində doğulub. (Bu qızdan başqa ailənin daha 2 uşağı var.)Çəkisi artıq olduğundan doğulanda onu reanimasiyaya yerləşdiriblər. Anası Xədicə Şimşək deyir ki, hamilə olanda ona uşağın çəkisinin artıq olacağını deyiblər, ancaq o, körpəsinin bu qədər iri olacağını təsəvvür etməyib. Bu körpəyə oyuncaq da dözmür. Oyuncaqlarının çoxu onun altında qalaraq qırılır, ya da xarab olur.
Uşaq çox kök olduğundan valideynləri həkimə müraciət edib. Həkimlər körpənin sürətlə kökəlməsinin səbəbinin ana südü olduğunu deyib, uşağa süni qidalar verməyi məsləhət görüblər.
Hər şeyə rəğmən körpə özünü normal hiss edir. Aparılan bütün müayinələrin nəticəsi bunu göstərir.