MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  3 YAŞLI UŞAQ İNTERNETDƏ 20,000$-LIQ BAZARLIQ EDİB 

19.11.2009

Yeni Zelandiyada 3 yaşlı qız--Pipi ailəsinə əsil sürpriz edib. Kompüterə böyük marağı olan uşağın ana-atası bir səhər oyanıb, uşaqlarının onlar üçün 20 min Yeni Zelandiya dollarına (12.200 ABŞ dolları) böyük bir ekskavator aldığını görüb. 

Rodney Times qəzetinin yazdığına görə Pipi ana və atası yatarkən kompüterlə oynamağa qərar verib. İnternetdə anasının daha əvvəlcədən acmış olduğu hərrac saytına daxıl olan uşaq, bir neçə düyməyə basmaqla (əlbəttə, istəmədən) Kobelco qazıntı maşınını satın alıb.

Anası Sara Quinlan bütün olanlardan yuxudan oyandıqdan sonra, kompüterin başına keçəndə xəbər tutub. Sara hadisəni belə xatırlayır: "Poçtuma baxanda hərrac saytından mənə gələn məktubu gördüm. Məktubda hərracı qazandığım bildirilirdi. Satıcıdan gələn məktubda isə, "Bu qazıntı maşınını sevəcəksiniz," yazılmışdı. Əvvəl, mənə elə gəldi ki, uşağım üçün axtardığım oyuncaq setini qazanmışam. Ancaq məktubları təkrar oxuduqda həqiqəti öyrəndim. Bu həyatımın şoku oldu.


Sara dərhal
həmin hərrac saytı ilə əlaqə saxlayaraq, satıcıya zəng vurub, olanları danışıb. Amma hərrac saytının ailənin pulunu qaytarıb-qaytarmadığı məlum deyil.

Qəzet  ailənin uşağı kompüterdən artıq uzaq saxladığını yazır.

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan