Sentyabrda Oklahomada əkizlərini əmizdirən Hollivud ulduzu Ancelina Colinin heykəli nümayiş olunacaq. Tunc heykəli məşhur heykəltəraş Daniel Edvardz hazırlayıb.
Aktrisanın heykəli tuncdandır. İdeyaya səbəb Ancelinanın jurnallarda çıxan şəklidir. Keçən il aktrisa əkizlərindən birini əmizdirərkən əri—Hollivudun başqa bir ulduzu Bred Pit onun şəklini çəkib, jurnallara vermişdi. Daniel Edvardzın heykəlində Ancelina Coli hər iki əkizin başını futbol topu kimi tutub, əmizdirir. Heykəlin ilkin nümayişi beynəlxalq ana südü həftəsinə (1-7 avqust) həsr olunub. Oklahomadan sonra, ilin sonunda onu nümayiş üçün Londona aparacaqlar. Məqsəd, qadınları uşaqlarına ana südü verməyə həvəsləndirməkdir.
Heykəltəraş Daniel Edvardz “İraqda həlak olmuş şahzadə Harri”, “doğan Britni Spirs” heykəllərinin, Hillari Klintoniun seks muzeyi üçün hazırlanan büstünün müəllifidir.