MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  AZƏRBAYCANDA PERİNATAL MƏRKƏZ YARADILIR 

05.12.2009

Azərbaycanda Respublika Doğum Evinin bazasında Respublika Perinatal Mərkəzi yaradılır. Mərkəzə Ə.Qarayev adına uşaq kliniki xəstəxanasının reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışmış Əzim Süleyman oğlu Nağdəliyev rəhbər təyin olunub.

Müasir avadanlıqla təchiz olunan mərkəzdə xəstələrin doğumdan əvvəlki geniş spektr müayinəsi və müalicəsi aparılmalı, hamiləliyin normal keçməsi təmin olunmalı, perinatal dövrün patologiyası olan qadınlara və yenidoğulmuşlara stasionar tibbi xidmət, xəstə yenidoğulmuşlara reanimasiya və reabilitasiya yardımı, hamilə qadınlara tibbi-psixoloji yardım göstərilməlidir.

120 çarpayılıq Mərkəzdə 125 həkim - ginekoloq, terapevtlər, mamoloq, cərrah və ultrasəs müayinəsi həkimləri xidmət göstərəcək. Tibb müəssisəsinin yaradılması hamilə qadınlara və yeni doğulmuş körpələrə tibbi yardımın keyfiyyətini yaxşılaşdırmağı, ana və uşağın sağlamlığının qorunması məsələsini keyfiyyətcə yeni səviyyəyə qaldırmağa imkan verməlidir.

Azərbaycan Səhiyyə Nazirliyindən mətbuata verilən məlumata görə Respublika Perinatal Mərkəzinin açılışı yaxın vaxtlarda baş tutacaq.

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan