Yanvarın 15-də Azərbaycanın 9 milyonuncu sakini dünyaya gəlib. Bununla əlaqədar olaraq həmin gün prezident İlham Əliyev 9 milyonuncu vətəndaşın - Əhmədli İlham İslam oğluna 20 min manatın verilməsi ilə bağlı fərman imzalayıb.
Sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, 9 milyonuncu vətəndaşın dünyaya gəldiyi ailənin mənzil şəraitini yaxşılaşdırmaq üçün Əhmədli İlham İslam oğlunun valideynləri İslam Əhmədov İlkin oğlu və Aynur Əhmədova Teymur qızına Bakı şəhərində mənzil ayrılmasını təmin etsin.
Eyni zamanda dövlət başçısı Prezidentinin Ehtiyat Fondundan Əhmədli İlham İslam oğluna 20 min manat məbləğində vəsait ayrılmasına göstəriş verib. Amma pul uşağın valideynlərinə verilməyəcək. Sərəncamda Mərkəzi Banka tapşırılıb ki, Əhmədli İlham İslam oğlunun adına müvafiq hesab açaraq, hər il onun faizlər hesabına artırılmasını və əmanətçi 18 yaşına çatanadək bu hesabın toxunulmazlığını təmin etsin.
Azərbaycanın 9 milyonuncu sakini Naxçıvanda dünyaya gəlib. Onun çəkisi 2,9 kiloqram, boyu 49 santimetrdir.