Hadisə avqustun 21-də Bakının Yasamal rayonunda baş verib. N. Tusi adına Klinikanın Təhlükəsizlik Xidmətinin əməkdaşları ətrafda dolaşan qaraçıların yanında onlara bənzəməyən, 8-9 yaşlı qız uşağı görüblər. Xəstəxananın təhlükəsizlik üzrə inspektoru Azər Həsənov şübhələndiyindən qaraçılara yaxınlaşıb, onlar uşağı qoyub qaçıblar. Uşaqla söhbətdən məlum olub ki, qaraçılar azyaşlını «İnşaatçılar» metrostansiyasının yanında aldadaraq özlərinə qoşublar. Uşağın sözlərinə görə qaraçılar ona böyük gəlincik, çoxlu şirniyyat vəd ediblər.
İnspektor azyaşlıdan öyrəndiyi telefona zəng vuraraq, uşağın nənəsi ilə danışıb. Yasamal rayonu 29-cu polis bölməsinə məlumat verilib. Polis işçiləri hadisə yerinə gələrək uşağı bölməyə aparıblar.
Xəbəri APA yayıb.