Britaniya Statistika Ofisinin məlumatına görə son bir ildə əhalinin sayı 400 min artıb, 61,4 milyon nəfərə çatıb. Səbəb miqrasiya deyil, doğum səviyyəsinin artmasıdır. 2008-ci ildə Britaniyada 791 min uşaq doğulub, bu isə 2007-ci illə müqayisədə 33 min çoxdur. 1973-cü ildən bəri il dəfədir ki, Britaniyada uşaqların sayı belə artır.
Statistika göstərir ki, britaniyalı qadınlar daha gənc yaşlarında ana olmaq istəyirlər, onları analara verilən müavinətlər, analıq məzuniyyəti götürmək imkanının yaranması həvəsləndirir.
Rəqəmlərə görə indi Britaniyada əhalinin artım sürəti 0,7%-dir. Bu isə 90-cı illərlə müqayisədə iki dəfə, 80-ci illərlə müqayisədə üç dəfə çoxdur.
Miqrasiya isə 44% azalıb, çünki tənəzzül zamanı miqrantların çoxu vətənlərinə qayıdıblar. Bu da demoqrafları sevindirir. Demoqraflar əhalinin miqrantların hesabına artacağından, gələn 25 ildə Britaniya əhalisinin sayının 70 milyonu keçəcəyindən narahatdırlar.