MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  DÖLÜN CİNSİNİ HAMİLƏLİYİN 5-Cİ HƏFTƏSİNDƏ MÜƏYYƏN ETMƏK OLAR! 

29.12.2009

Gələcək körpənizin corabının rəngini daha tez seçə bilərsiniz. Indi uşağın cinsini hamiləliyin 5-ci həftəsində də bilmək mümkündür! Amsterdam (Hollandiya) alimlərinin yeni kəşfi buna imkan verir.

İndiyə qədər valideynlər uşağın cinsini bilmək üçün hamiləliyin 12-13-cü həftəsini gözləyirdilər (USM müayinə). Çox tələsənlər hamiləliyin ilkin dövrlərində dölətrafı mayedən nümunə götürülməsinə razılıq verirdilər ki, bu da təhlükəli prosedur hesab olunur.

Ancaq indi hamiləliyin 5-ci həftəsində ananın qanından götürülən nümunə kifayət edir ki, dölün cinsi müəyyən olsun. Analizin nəticəsini bilmək üçün cəmi 4 gün gözləmək lazımdır.

Hazırda alimlər laboratoriyada təcrübə aparırlar, amma əmindirlər ki, yaxın vaxtda cinsi müəyyən edən testləri apteklərə çıxara biləcəklər.

Mütəxəssislər deyirlər ki, yeni kəşf dölün cinsini tez öyrənməkdən başqa, bəzi irsi xəstəliklərin qarşısını vaxtında almağa imkan verəcək.  

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan