MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  HAMİLƏ QADINLAR QRİP ƏLEYHİNƏ PEYVƏND OLUNMALIDIR 

30.10.2009

Hamilə qadınların qrip əleyhinə peyvənd olunması uşağa da xeyirdir. Qadın hamilə olduğu dövrdə peyvənd alarsa, onun vaxtından əvvəl doğması ehtimalı azalır, doğulan uşağın çəkisi normadan aşağı olmur, uşağın xəstəxana şəraitində müalicəsinə ehtiyac yaranmır.

Bu açıqlamanı oktyabrın 29-da Amerika Yoluxucu Xəstəliklər Cəmiyyəti edib. Cəmiyyətin illik konfransında hamilələrin peyvənd olunmasının vacibliyini təsdiqləyən 3 araşdırma barədə danışılıb. Banqladeşdə 340 qadın arasında aparılan təcrübə göstərib ki, qrip əleyhinə peyvənd alan qadınların doğduğu uşaqların çəkisi başqalarınınkından daha artıqdır. Başqa bir araşdırma bir yaşına qədər uşaqlar arasında aparılıb. Məlum olub ki, hamiləlik dövründə qrip əleyhinə peyvənd olunan qadınların 80%-nin uşağı xəstəxanaya düşmür. Corciyada 2004-cü ilin iyunundan 2006-cı ilin sentyabrına qədər 6500-ə qədər doğuş barədə məlumat toplanıb və araşdırma göstərib ki, hamilələrin qripə qarşı peyvənd olunması vaxtından əvvəl doğulanların sayını azaldıb, uşaqların çəkisi daha yaxşı olub.

Yeni Britaniya Tibb jurnalının yazdığına görə Avstraliya və Yeni Zelandiyada donuz qripinə yoluxduğu üçün intensiv müalicə alan hamilə qadınların sayı gözlənildiyindən 9 dəfə çoxdur. Ekspertlərin fikrincə buna səbəb hamilələrin qripə daha həssas olmasıdır.  

Təhlükənin miqyası nə qədər böyük olsa da, hamilə qadınlar arasında qripə qarşı peyvənd olunanların sayı azdır. Halbuki peyvənd tək ananı deyil, həm də gələcək körpəni xilas edir. Ekspertlər hamilə qadınların peyvənd olunmasına diqqəti artırmağa çağırırlar.

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan