MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  INDONEZİYADA 8,7 KQ-LIQ UŞAQ DOĞULUB 

24.09.2009

İndoneziyada bir qadının 8,7 kiloluq uşağı doğulub. Çağanın boyu 62 s-dir. Həkimlərin dediyinə görə ana diabet xəstəliyindən əziyyət çəkirmiş, nəticədə uşaq ana bətnində həddən artıq qlükoza alıb.

Dördüncü dəfədir ana olan qadının 41 yaşı var. Xəstəxanaya gələndə qadının çəkisi 110 kq olub. Həkimlər uşağı qeysəriyyə əməliyyatı aparmaqla çıxarıblar. Onlar ilk dəfədir belə halla rastlaşdıqlarını, xeyli əziyyət çəkdiklərini bildiriblər. Uşağın ayaqlarını çıxarmaq xüsusilə çətin olub. "Onun çıxarılması prosesi xüsusilə gərgin oldu. Bu uşağın ayaqları elə böyükdür ki...", deyə həkimlərdən biri şikayətlənib. 

Ananın və körpəsinin vəziyyəti normaldır.

Həkimlərdən biri Binsar Sitanqqanq deyir ki, körpə elə hey ağlayıb yemək istəyir. “O başqa uşaqlardan fərqli olaraq çox ucadan ağlayır”.

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan