MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  KÖRPƏLƏRİN DUYĞULARI FƏRLİDİR 

04.02.2010

Qədim nəzəriyyələrə əsasən körpə, "İstənilən məlumatı üzərinə yazacağın boş, ağ səhifə” kimidir.  Körpələrə bir qədər fərqli nəzərlərlə baxan elm adamları həmin boş, ağ səhifə nəzəriyyəsinin səhv olduğunu sübut etməyə çalışdılar.
Beləliklə, onların tədqiqatlarının heyrətamiz nəticələri aşağıdakı kimidir:
Görmə;  Körpələr valideynlərindən başqa bir çox böyüklərə də bir neçə saniyə ərzində təsir edirlər.
Əgər onların göz bəbəklərinin bizimkilərdən böyük olduğunu görmüsünüzsə, bilin ki, bunun da bir səbəbi vardır.

Çünki o böyük gözlərlə insana baxdıqda təsir etməmələri mümkün deyil. İnsanın göz bəbəkləri onun ruhi vəziyyətini göstərir. Bu körpələrdə də belədir. Bir şey onların xoşuna gəldiyi zaman göz bəbəkləri böyüyür. Lakin əsəbləşdiyi və ya narahat olduqları zaman isə göz bəbəkləri kiçilir.

Qədim inanclara əsasən körpələr bir o qədər də yaxşı görmürlər. Onlar böyüdükdə görmə qabiliyyətləri də artır. Dövrümüzdə isə bunun qismən səhv olduğu məlum olub.

Eşitmə; Körpələrin eşitmə qabiliyyəti çox yüksəkdir.

Bununla bağlı belə deyilir:  "Körpələr ana bətnində yalnız yüksək səsləri eşidirlər. Axı onlar xarici dünyadan ayrı bir dünyada yaşayırlar. Doğuş zamanı isə plasenta mayesindən müəyyən qədər orta qulağa sızır və onlar xarici aləmdə qulaqbatırıcı səsləri eşitmirlər. Körpələr onlar üçün ən mühüm səs olan ana səsini eşidirlər. Elə buna görə də insan səsinə asanlıqla vərdiş edir və onu təqlid edirlər”.

Qoxu bilmə; Başqa maraqlı tədqiqat isə yeni dünyaya gələn körpənin qoxu ilə bağlı qeyri-adi qabiliyyətinin olmasıdır. Körpənin ana südü qoxusu olan bir yastığı təmiz yastıqdan üstün tutduğu aydın olub.
Ən maraqlısı isə odur ki, altı günlük körpə öz anasının süd qoxusunu başqalarının süd qoxusundan ayırır. Həmçinin körpələr ammonium hidroksid (sidik) kimi kəskin və pis qoxulardan diksinir, gözəl qoxular hiss etdikdə isə sevinir.

Bütün bu və buna bənzər qabiliyyətlər refleks olmayıb şəxsiyyəti bildirir. Yəni bir körpə müəyyən məhdudiyyətlər daxilində fərqli davranışlara malikdir. Mənbə, muslimbala.com

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan