Amerika alimləri uşaqlar barədə apardıqları tədqiqatlar nəticəsində qərara gəliblər ki, televizor və kompüter qarşısında çox oturan uşaqlar daha çox kökəlir və piylənirlər.
Həçinin onlarda bel və onurğa, sisteminin distrofiyası baş verir.
8 min nəfər müxtəlif yaş həddində olan uşaqlar üzərində aparılan müşahidələr göstərib ki, normal çəkili, sağlam və aktiv uşaqlar gününün çoxunu həyətdə, küçədə keçirənlərdir.
Kök, piyli və zəif uşaqlar isə valideynləri küçəyə çıxmağa icazə verməyən və günün 5-6 saatını televizor qarşısında keçirməyə məhkum uşaqlardır. Eləcə də televizor və kompüter qarşısında yeyilən yeməyin uşaq orqanizmi üçün zərərli olduğu sübut olunub.
Alimlər məsləhət görürləki uşaqlar həftədə 14-15 saatdan artıq televizora baxmasınlar. Bu onlarda xorniki yorğünluq, daha sonra isə kökəlmə və s. kimi mənfi nətiçələrə gətirib cixarır.