Madonna “Kristian Dior” markalı qızıl ayaqqabılarını Rumıniyadakı “Ovidiu Rom” dərnəyinə bağışlayıb. Dərnəkdə yoxsul qaraçı uşaqları oxuyur.
Müğənni ayaqqabıları məktəbə "Sticky&Sweet'" turu zamanı verib və bununla qaraçı uşaqların təhsilinin artmasına kömək etmək istədiyini bildirib. “Ovidiu Rom” dərnəyinin rəhbəri Lesli Havke deyib ki, Madonnanın ayaqqabıları məktəbin aldığı ilk hədiyyə deyil, məşhur aktrisa Vanessa Redqreyv də öz qızıl boyunbağısını həmin dərnəyə bağışlayıb. Məktəb rəhbərinin fikrincə hədiyyələr uşaqlara xeyir verəcək.
Madonnanın məktəbə bağışladığı ayaqqabının dabanı qızıldandır və orada müğənninin imzası var. Bu qızıl ayaqqabılar yaxın günlərdə təşkil olunacaq hərraca çıxarılacaq.