MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  OĞLUNUZUN SİQARET ÇƏKMƏDİYİNİ NECƏ BİLMƏK OLAR? 

25.02.2010

Yeniyetmələri siqaretdən qorumaq üçün: 
 

1. Siqaret çəkməsindən şübhələndiyiniz uşaqların evinə oğlunuzu buraxmayın.
2. Hərdən iş qrafikinizdən tez və qəfil evə gəlin ki, uşağın nə ilə məşğul olduğunu izləyə biləsiz.
3. Oğlunuz evə gəlməyənə qədər yatmayın, işığı söndürməyin.
4. Oğlunuzu uşaqlıqdan evə girən kimi qucaqlamağa adət edin ki, böyüyəndə bunu edə biləsiniz. Onu qucaqlayarkən geyimə, saçlara hopmuş qoxuya fikir verin. Onda asanlıqla tütün, siqaret, içki iyini hiss edəcəksiz.Əgər evə gec qayıtmış oğlanın üst-başından kəskin ətir iyi gəlirsə və o, saqqız çeynəyirsə, bundan da şübhələnməyə dəyər. Güman ki, o, izi azdırmaq istəyir.
5. Evə girib, dərhal otağına keçən kimi onun başını söhbətə qataraq ardınca gedin və uşağın hərəkətlərinə, danışığına diqqət yetirin.
6. Pis dəstəyə, xüsusən narkomanlara qoşulmuş uşağın sözlərində, lekonunda dəyişiklik olur, spesifik sözlər meydana çıxır. Məsələn: barıqa, mal var?, apşak və s. 
 
Bəs siqaretin hansı təsirləri var?
Tez siqaret çəkməyə başlayan yeniyetmələri kor olmaq gözləyir 
 Britaniya klinikalarında aparılan sorğu bütün həkimləri dəhşətə gətirmişdir. Hətta Britaniya rəsmiləri siqaret əleyhinə reklamlarda bu faktın yer almasına qərar vermişlər. Belə ki, gecə barları, diskoteka və klublarda 320 nəfər gənc arasında ən çox nədən qorxursuz? sorğusu aparılmışdır. Gənclərin 98%-i kor olmaqdan qorxduqlarını bildirmişlər. Bu sorğunun ardınca Britaniya oftalmoloqları belə bir məlumat dəcr etmişlər: erkən siqaretçəkmə 10 ildən sonra görmənin 30% azalmasına, narkotika isə tamam kor olmaya səbəb olur. Belə ki, tütündən göz ağında sarı ləkə distrofiyası görmənin zəifləməsinə ən çox səbəb olan faktorlardandır. Rəyi soruşulan gənclərin 70%-i heç bir xəstəlik qorxusu ilə siqaretdən əl çəkə bilmədiklərini etiraf etsələr də, gözlərində azacıq da olsa zəifləmə hiss etsələr siqareti azaltmağa və ya tamamilə tərgitməyə hazır olduqlarını
bildirmişlər. 

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan