Saytımızda aparılan iki sorğunun nəticələri çox maraqlıdır.
Səs verənlərin 47.6% həftədə ən azı 2-3 dəfə bala.az saytına daxil olur. Ayda bir neçə dəfə daxil olanların sayı isə 19 faizidir.
Deməli daimi oxucularımız daha çoxdur (66.6%) və sayta girənlər adi istifadəçi deyil - onların ana və bala mövzusuna ciddi marağı var. İstifadəçilərimizin əksəriyyəti isə məlumatları azərbaycanca oxumağa üstünlük verirlər.
Təxminən 20 faiz istifadəçi bala.az-ı tapanadək uşaqlar haqda yazıları rusca oxuyurdu.
İndi isə yeni maraqlı sorğumuzda iştirak edə bilərsiniz. Bunun üçün linkə tıqlayın və səhifənin sağ tərəfindəki sorğuya baxın: Hamilə qadınların küçədə görünməyinə necə baxırsınız?