MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  TƏYYARƏDƏ DOĞULAN UŞAĞA ÖMÜRLÜK BİLET VERİLDİ 

24.10.2009

Oktyabrın 21-də Malaziyada təyyarədə uşaq doğulub. 31 yaşlı ana Lyu So Xsyanın sancısı tutanda təyyarə havada olub. Təyyarədəki həkimin və stüardessaların köməyi ilə qadın doğub, amma təyyarə mənzil başına deyil, təcili olaraq paytaxta enib. Xəstəxanaya çatdırılan ananın da, oğlunun da vəziyyəti yaxşıdır.

Hadisənin baş verdiyi təyyarə "AirAsia" şirkətinə məxsusmuş. Şirkət hədiyyə olaraq həm uşaq, həm də anasına ömürlük pulsuz uçuş haqqı verdiyini elan edib.

Bu, nadir hadisə deyil. Keçən il "Finnair" şirkətinə məxsus təyyarədə bir isveçrəli qadının qızı olub. 11 min metrlik hündürlükdə qadının bəxti gətirib, təyyarədə 2 həkim, 2 tibb bacısı varmış.

Əslində aviaşirkətlərin çoxu hamilə qadınlara bilet satmaqdan çəkinir. Bəzi şirkətlər hamiləliyi 36-cı həftəni keçmiş qadınlara heç bilet vermir. Bəzi şirkətlər yalnız həkimin müşaiyət edəcəyi hamilələrə bilet satırlar.

 

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan