Özləri qazanamaslar da uşaqların əllərinə müxtəlif yollarla kiçik məbləğlərdə pul keçir. Bəzi uşaqlar əllərinə keçən bu pulu yığmağı, bəziləri isə əksinə xərcləməyi üstün tuturlar. Ancaq uşaq hansını seçirsə seçsin valideyin ona hörmət etməlidir. Uşağınıza pul verdikdən sonra onu xərcləmək hüququnu da ona verməlisiniz. Bu, həm onun pul xərcləməyi öyrənməsi, həm də özünəinamının artırması üçün vacibdir. Onun yığıdığı pullara istədiyi şeyləri aldıqları üçün əsəbləşməyin. Çünki, uşağınıza pul verməklə ona bu pulu xərcləmək hüququnu da verdiyinizi unutmayın. Digər tərəfdən, uşağınıza təkcə “pul qazanmaq ” imkanı yox , “özünəinam qazanmaq ” imkanı verdiyinizi də unutmayın.
Əgər siz uşağınızın pulunun xərcləməsinə qarışsanız bu halda onun özünə və valideyinə inamı sarsılır.
Bütün bu səbəblərə görə uşağınıza aid olan pulun hesabını soruşmayın! Ancaq uşağınızın bu pulu düzgün xərcləməyini istəyirsinizsə, onda ona necə alış-veriş etmək lazım olduğunu öyrədə bilərsiniz.