Uşağın hərarəti artdığı zaman rəngini dəyişrən geyim İngiltərədə hazırlanıb.
Mavi, çəhrayı və yaşıl rənglərdə hazırlanan geyimlər uşağın hərarəti 37 dərəcəni keçəndə rəngini dəyişərək ağ rəngə olur. Bu geyim sayəsində bəzi təhlükəli xəstəliklərin qarşısını vaxtında almaq mümkün olacaq.
Geyimlərin satış qiyməti 20 funt sterlinq (27 manat) olacaq.
“CNN Türk” xəbər verir ki, bu ideya Kris Ebejer adlı atanın uşaqlar barədə sənədli filmə baxdığı zaman ağlına gəlib. O, bu geyimin hazırlanması üçün alimlərlə birlikdə 6 il işləyib və bu işə 700 min funt sterlinq (902 720 manat) pul xərcləyib.