ABŞ-ın Kolorado şatatında uşağını tapa bilməyən valideyinlər polisə zəng edib. Valideynlərin fikrincə 6 yaşlı uşaq səhvən açılan hava şarının içində olub.
Kolorado polisi dərhal hava şarının arxasınca düşür. İşə hətta helikopter cəlb olunur, bəzi kanallar axtarış prosesini 2 saat canlı yayımlayır.
Nəhayət, yerə endirilən şarın içindən uşaq çıxmır. Sonra polis uşağı evin eyvanında tapır.
Bu hadisədən sonra ailə realiti-şouda iştirak etmək hüququ qazanıb və altı yaşlı oğlan CNN telekanalına müsahibəsində deyib ki, onlar hər şeyi şou məqsədilə ediblər.