Abgül - “Ab” (su) və “gül” sözlərindən yaradılmış addır. Gül suyu, çiçək suyu.
Abhəyat - həyat suyu, dirilik suyu; məs. göz yaşı.
Abidə - şəxsiyyət və olayların şərəfinə mədəniyyət əsəri ; Xatirə, yadigar, nişanə.
Abigül - “Ab” (su) və “gül” sözlərindən yaradılmış addır. Gül suyu, çiçək suyu.
Adıgül - Adı gül kimi , çiçək kimi
Adıgün - Adı gün kimi olan . Gündüz, günə bənzər, gözəl. Adətən gündüz anadan olanlara verilən adlardandır.
Adilə - Ədalətli, haqq tərəfdarı, insaflı
Afaq - “Apağ” ın dəyişikliyə uğramış biçimi. Ağappaq, dümağ, lap ağ, gözəl. Aləm, dünya, görüş dairəsi; məs. Mənzərə, görünüş anlamlarında da işlənir. Nizami Gəncəvinin də həyat yoldaşının adı Afaq olmuşdur.
Afər - Yaradılmış, xəlq edilmiş, məxluq
Afərin - Sağ ol! Əhsən!
Afət - Dilbər, gözəl; bəla, bədbəxtlik, fəlakət, müsibət.
Ağabacı - Elin, obanın, ailənin hörmətli qadınlarına müraciət biçimi.
Ağabanu - Böyük xanım, şah xanımı
Ağabəyim - Əski adlardandır. Sayqı əlaməti olaraq ailədə kiçik qardaşların böyük qardaş arvadlarına müraciət biçimidir.
Ağabibi - Atanın böyük bacısına və ümumiyyətlə yaşlı qadınlara hörmət əlaməti olaraq müraciət biçimidir.
Ağca - ağ bəniz
Ağaça - Şah arvadı; qadın hökmdar; məlikə, şahzadə qadın
Ağaxanım - şah qızı, şahzadə qız, şahzadə xanım
Ağaxatın - Şah arvadı, şah xanımı
Ağanənə - Ailənin, elin-obanın ağbirçəklərinə sayqı əlaməti olaraq verilən ad.
Ağbəniz - Üzüağ, siması ağ olan , solğun bənizli
Ağbikə - Ağqız (qadın), ağ xanım.
Ağca - Ağ üzlü, ağbəniz, çox ağ, dümağ, ağaçalan, ağımtırıq; keçmişdə: pul (axça) , sikkə
Ağcagül - Ağ gül kimi olan gözəl, dümağ olan.
Ağcaqız - Ağ bədənli və ağüzlü qız
Ahu - Ceyran
Ajda - Fil sümüyü kimi ağ( qadın) ; kələ kötür, hamar olmayan, üstü diş-diş olan. Məşhur müğənni Ajda Pekkanın adıdır.
Akifə - İbadətlə məşğul olmaq üçün bir yerə çəkilib guşənişin olan; çalışqan, işə can yandıran.
Alagöz - Açıq mavi iri göz; böyük məftunedici gözlər.
Algül - Qırmızı gül, al-qırmızı çiçək.
Alimə - Elmin müəyyın sahəsində mütəxəssis kimi tanınan adam, elm sahibi, elmlə məşğul olan, bilikli, savadlı, məlumatlı
Almagül - Alma ağacının çiçəyi, gülü
Almaxanım - Alma kimi xanım, al yanıqlı xanım.
Almas - Saf karbondan ibarət qiymətli daş, bərk, rəngsiz bir cisim ; məs; parlaq, saf, şəffaf, təmiz, duru, açıq.
Almaz - Saf karbondan ibarət qiymətli daş, bərk, rəngsiz bir cisim ; məs; parlaq, saf, şəffaf, təmiz, duru, açıq.
Alnur - Qırmızı işıq, parlaq işıq
Alnurə - Qırmızı işıq, parlaq işıq
Altay - Qızıl, daş-qaş, dəyərli, qiymətli, üsul, metod, tədbir; yüksək meşəlik; Altay ölkəsi, Altay dağları, həmçinin yüksək dağ anlamı da vardır.
Anabacı - Ana kimi , anaya bənzər bacı
Anagül - Ananın gülü, anaya oxşar gül, gözəl qız, əsas( gül)
Anaxanım - Ana kimi xanım, anaya oxşar xanım; əsas xanım, baş xanım.
Anaqız - Ana kimi qız, anaya bənzəyə qız, anaya oxşar qız, əsas qız, sevimli qız.
Anaş - “Ana” ilə başlayan adların nəvaziş və əzizləmə biçimi.
Arifə - Ağıllı adam
Arpa - Yazlıq taxıl bitkisi. Elxanilər sülaləsinin hakimlərindən olan Arpa Xanın (1335-1336) adı.
Arzu - İstək, dilək, xahiş, həvəs, meyl, ehtiyac.
Asudə - Sakit, rahat, dinc; dincəlmiş, rahatlanmış.
Atlaz - Parıldayan ipək parça; məs. hamar, parlaq, yumşaq
Ayal - Əslində “əyal” dır.1. Qadın, arvad; 2. Ailə , külfət
Aybacı - Ay kimi gözəl bacı, Ay kimi gözəl qız ( qadın)
Aycamal - Ayüzlü, aybənizli, çöhrəsi ay kimi parlaq olan.
Aycan - Ay ruhlu, ay canlı; məs Ay kimi gözəl, göyçək olan
Ayçiçək - Günəbaxan.
Aydagül - Ayda bitmiş və yaxud aydan gətirilmiş gül, ay gülü; məs. qəşəng, göyçək.
Aydan - Aydan olan, Aydan meydana gələn, Aydan gələn gözəl, Ay kimi gözəl, göyçək.
Aygül - Ayın çıçəyi, gülü, Ay kimi gözəl, göyçək.
Aygün - “ Ay” la “günəş” in birləşməsindən yaranan ad.
Ayxanım - Ay kimi gözəl xanım, “ Ayxan” ın qadınlara aid olan biçimi
Ayişığı - Ayın işığı, parlaqlığı
Ayla - Bir sıra planetlərin və ayın ətrafındakı halə; şəfəq, parıltı; 2. Dönən, hərlənən, fırlanan.
Aylan - Ay ilə aya bənzər.
Ayna - Əslində farsca “ ayinə” dəndir. Güzgü, şüşə ( pəncərə şüşəsi), məs. saf, duru, şəffaf, parlaq, aydın.
Aynagül - Parlaq, gül, ayna kimi şəffaf gül, çiçək.
Aynaz - Naz eləyən ay, nazlı gözəl.
Aynisə - Ay kimi gözəl qadın (qız)
Aynur - Ay kimi nurlu , ay işığı, ay kimi parlaq
Aynurə - Ay kimi nurlu , ay işığı, ay kimi parlaq
Aypara - Təzə çıxmış ay, hilal, ayın oraq ( qövs) biçimindəki halı
Aypəri - Ay kimi gözəl, ayın pərisi. Bax: Pəri.
Aysabah - “Ay” və” sabah” sözlərindən yaranmış addır.
Aysal - Ay ilə ilgili olan Aya aid, Ay kimi
Aysan - Aya bənzər, Ay kimi
Aysel - Ay işığının seli, Ay kimi parlaq, işıqlı gözəl
Aysənəm - Ay kimi gözəl( qız, qadın). Bax: Sənəm
Aysu - “Ay” və “Su” sözlərindən yaranmışdır.
Aysun - Ayın ərmağanı, hədiyyəsi. Aylı gecədə doğulan uşaqlara verilən ad.
Aysuna - Ayın sonası, yaşılbaş ördəyi, gözəli
Ayşə - Həyat, dirilik, varlıq; canlı yaşayan. Əsli “ Aişə”dir.
Ayşəgül - Həyat, dirilik, varlıq; canlı yaşayan və Gül, Çiçək.
Ayşin - Ay yatağı, Ay yeri; Ayı öyrənən, tanıyan.
Aytac - Ay kimi parlaq, bərq vuran tac; gözəl; natiq.
Aytəkin - Aya bənzər, ay kimi gözəl.
Aytən - Ay bədənli, Aya bərabər.məs. gözəl, qədd-qamətli, qəşəng.